!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cenevrədə multikulturalizmə aid kitabın təqdimat mərasimi keçirilib

!Reklam – Yazi

????????????????????????????????????

1 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İsveçrənin Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin həyata keçirtdiyi layihə çərçivəsində Cenevrədə “Azərbaycan və İsveçrədə multikulturalizm və dünyəvliyin ortaq dəyərləri” adlı kitabın təqdimat mərasimi olub. Toplantıda Şura üzvü Dilarə Vəliyeva, Şura Katibliyinin məsləhətçisi İlqar Dadaşov, Bakı Beynəlxalq Multikuluralizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, Azərbaycan Respublikasının İsveçrədəki səfiri Əkrəm Zeynallı, İsveçrənin Azərbaycandakı keçmiş səfiri Alan Qidetti, İsveçrənin Gürcüstandakı keçmiş səfiri Lorenzo Amberg, digər diplomatlar, ekspertlər və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.

İsveçrənin Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin direktor müavini Daniyel Varner tədbir iştirakçılarına layihə haqqında ətraflı məlumat verib. Cənab Varner layihəni dəstəklədiyinə görə Şuraya təşəkkürünü bildirib və qeyd edib ki, müxtəlif regionlarda yerləşən Azərbaycan və İsveçrə dövlətləri multikulturalizm və dünyəviliyin qorunub saxlanılması baxımından ortaq dəyərlərə malikdir.

Bakı Beynəlxalq Multikuluralizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov çıxış edərək ölkəmizdə müxtəlif dinlərə və etnoslara mənsub olan şəxslərin əsrlər boyu sülh şəhərində yaşadığını, multikulturalizmin qorunmasının dövlət siyasəti olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. A.Məmmdov konkret faktlarla Azərbaycanda milli və dini azlıqların hüquq və azadlıqlarının qorunması üçün dövlət səviyyəsində atılan addımlar, habelə multikulturalizmin hüquqi aspektləri haqqında ətraflı məlumat verib: “Son vaxtlar dünyada multikulturalizm ənənələrinin qorunmasına qarşı təhdidlərin artdığı bir vaxtda, Azərbaycanda müxtəlif xalqların birgəyaşayışı nümunəvi model kimi öyrənilə bilər”.

Kitabın İsveçrəyə həsr olunan bölməsini Friburq Universitetinin (İsveçrə) əməkdaşı Nikolas Şmit təqdim edib. N. Şmit İsveçrədə multikulturalizm və dinlərarası münasibətlərin tarixi haqqında danışıb və bu məsələdə federalizm ənənələrinin rolunu xüsusi qeyd edib. İsveçrəli alim təəssüflə bildirib ki, Avropada miqrantlara və dominant olan millətlərə mənsub olmayan şəxslərə qarşı artan fobiya onun ölkəsinə də mənfi təsirini göstərməyə başlayıb.
Avropa İttifaqının Cənubi Qafqaz məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Filip Lefort həm Azərbaycanda, həm də İsveçrədə multikulturalizm və dünyəvliyin qorunub saxlanılmasıı yüksək qiymətləndirib.

Təqdimat mərasimi iki ölkə arasında multikultralizm dəyərlərinin təbliği sahəsində əməkdaşlığın perespektivlərinin müzakirəsi ilə davam etdirilib.

Mətbuat xidməti

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv