Zəngəzur dəhlizinin açılması türk dünyası üçün böyük imkanlar yaradacaq.
Yenicag.az xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Numan Kurtulmuş Cenevrədə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.
Sahibə Qafarova da öz növbəsində iki ölkənin bütün məsələlərdə vahid mövqedən çıxış etdiyini, beynəlxalq təşkilatlarda bir-birini fəal dəstəklədiyini vurğulayıb./unikal