CENIPA-nın təhqiqat əməkdaşları da Aktauya çatdılar

Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin (CENIPA) təhqiqat əməkdaşları dekabrın 28-də Aktauya gəliblər.

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi məlumat yayıb.

İstintaq komissiyasının qərargahında gələn mütəxəssislərlə birlikdə qəza yerindəki vəzifələr qeyd olunub.

Qeyd edək ki, CENIPA mülki aviasiya qəzalarının təhqiqatına cavabdeh olan orqandır./unikal