Cenk Tosun 27 milyona satıldı

“Beşiktaş”ın futbolçusu Cenk Tosun karyerasını İngiltərənin “Everton” klubunda davam etdirəcək.

Yenicag.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bu keçid üçün İstanbul klubuna 27 milyon funt-sterlinq ödəyib. Hücumçu tibbi müayinədən keçdikdən sonra 4.5 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, bu transferin rəsmiləşməsi ilə Cenk Tosun Türkiyənin ən bahalı futbolçusu olacaq.

COP29