Cennifer Lopesin 250 dollarlıq skrabı

77335Məşhur müğənni Cennifer Lopes 250 dollar dəyərində olan almaz tozlu skrabdan istifadə edir.

Müğənni bu skrabdan hər gün istifadə edir. Bu vasitə Lopesə sellülitlə mübarizə aparmaqda kömək edir.

Cenniferin budları həmişə onun problemli yeri olub, çünki artıq çəki məhz ora toplanır. O, hər gün dərisini aşındırır, bu skrab isə Lopesə sellüliti nəzarət altında saxlamağa kömək edir.

Mənbə əlavə edib ki, müğənni hər gün bədən üçün olan yumşaldıcı kremdən istifadə edir, həmçinin ayaqlarına dartılmış və baxımlı görkəm verən bronzlaşdırıcı sprey vurur.

Bundan əlavə Lopes həmişə yeməyin həcminə fikir verir və hər gün minimum 90 dəqiqəsini məşqlərə ayırır.