Cennifer Lopez Ayselin mağazasında 2,5 milyon xərclədi – FOTOLAR

lopezazerigaga (1)Milyarder oğlu Mixail Quçeriyevin toy mərasiminə qatılmaq üçün Moskvaya gələn amerikalı müğənni və aktrisa Cennifer Lopez Rusiyanın paytaxtında alış-veriş edib.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Dünya ulduzu cangüdənlərin müşayiəti ilə Stoleşnkov küçəsində butiklərə baş çəkib.

Lopez azərbaycanlı Aysel Trudeliyə məxsus “AIZEL” butikdən “Nina Ricci”nin istehsalı olan palto, “Michael Kors”-dən kəşmiri pulover və şalvar alıb.

Bundan əlavə, müğənnin aldığı mallar siyahısında “Veronique Branquinho” kolleksiyasından ipək və pambıq paltarlar, “Anthony Vaccarello”-dan yubka da var.

Ümumilikdə, Lopez bu paltarlara 2,5 milyon rubl xərcləyib.