Cənub bölgəsinə qar yağır – Foto

015aae02-7547-4f7e-804a-47239197826dÖtən gecədən başlayaraq cənub bölgəsinin dağlıq rayonlarına qar yağır.

Aramsız yağışlardan sonra havanın temperaturu daha da aşağı düşüb.

Dağlıq rayonlardan olan Lerikin mərkəzində 5 santimetr, yuxarı dağlıq ərazilərdə 15 sm-ə qədər, Yardımlıda mərkəzə 2-3 santimetr, yuxarı kəndlərdə 10 sm-ə qərər qar düşüb.
Digər dağətəyi yaşayış məntəqələrində sulu qar yağır.

Rayon Fövqəladə hallar üzrə komissiyalardan hər hansı bir çətinliyin yaşanmadığı, elektrik enerjisi və mavi qazın verilişində açılmaların olmadığı bildirilib.(report)