!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Cənub narkotik dəhlizi”: Gürcüstanda marixuananın leqallaşdırılması nəyə gətirəcək?

!Reklam – Yazi

“Hökumətimizin axmaq qərarına görə özümüzdən başqa heç kim ziyan çəkməyəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Gürcüstanda marixuananın leqallaşdırılması haqda qərarı şərh edən gürcü ekspert Tengiz Ablotia deyib.

Tengiz Ablotia hesab edir ki, bu addım beynəlxalq praktikaya əsaslanaraq, atılıb:
“Əslində, marixuananın leqallaşdırılması, o cümlədən, onun istehsalı beynəlxalq qanunvericiliyə zidd deyil. ABŞ, Almaniya, İngiltərə kimi ölkələrdə də marixuana sərbəst şəkildə yetişdirilir. Ancaq narkobiznes və leqal istehsal arasındakı hədd olduqca incədir. Bununla belə, marixuananın leqal istehsalı mümkündürsə, deməli, balansı gözləmək mümkündür.

Məsələ beynəlxalq müstəvidə yox, daxildə – əhalinin şüur səviyyəsindədir. Yəni inkişaf etmiş ölkələrdə marixuananın leqallaşdırılması normal qarşılansa da, həmin hadisə burada milli faciə kimi qəbul edilir.

Gürcüstanda marixuananın istehsalı ilə dövlətdən lisenziya alan özəl şirkətlər məşğul olacaqlar. Lakin hakimiyyətin zəifliyi və bürokratik əngəllər fonunda bu işlər necə həyata keçiriləcək, bilinmir.

Mixail Saakaşvilinin bu addımı tənqid etməsi haqda heç nə deyə bilmərəm. O cümlədən, İvanişvilinin də bu məsələyə dair hansı planlarının olduğunu bilmirəm. Saakaşvilinin tənqidləri əsaslı da ola bilər, şişirdilmiş də.

İnanmıram ki, marixuananın leqallaşdırılmasından sonra Gürcüstanda narkotiklərə meyl güclənəcək. Çünki digər narkotik vasitələr çox ciddi şəkildə qadağan edilib – bu işlə məşğulluğa görə həbs cəzası mövcuddur.

Narkotik asılılığının güclənməsi də dediyim kimi, daha çox daxili faktorlarla əlaqəlidir. Hökumətimizin axmaq qərarına görə özümüzdən başqa heç kim ziyan çəkməyəcək”.

Qafqaz Ömərov

www.yenicag.az

2546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv