“Cənub” ordusuna yeni komandan təyin edildi

General-leytenant Aleksandr Sançik Rusiya Silahlı Qüvvələrinin “Cənub” qoşunlar qrupunun komandiri vəzifəsinin müvəqqəti icraçısı təyin olunub.

Yenicag.az xəbər verir ki, bu barədə RBK Rusiya Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Sançik bu vəzifədə bir müddət əvvəl “Cənub” qoşunlar qrupunun komandanı vəzifəsindən çıxarılan general-polkovnik Gennadi Anaşkini əvəz edəcək.

Mənbə bildirib ki, qərar planlaşdırılmış rotasiya çərçivəsində qəbul olunub.

COP29