Sabah cənub bölgəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenicag.az xəbər verir ki, Biləsuvarın Əmənkənd qəsəbəsi, Səmədabad kəndi, Cəlilabadın Ocaqlı, Ağdaş, Axtaxana, Soyuqbulaq, Masallının Şatıroba, Ətcələr, Səmidxanlı kəndləri, Lənkəranın Havzova, Girdəni kəndləri, Yardımlının Horavar kəndi və rayonun bir hissəsi, Lerikin Biləvər, Kələxan, Monidigah, Gürdəsər kəndləri, Astaranın Ərçivan, Təngərud, Giləkəran kəndləri, Kijəbə qəsəbəsində də işıq kəsiləcək.