Cənubi Afrikada “Idai” qasırğası bölgə ölkələrində ciddi fəsadlara səbəb olub.
Yenicag.az xəbər verir ki, qasırğanın törətdiyi sellər nəticəsində Cənubi Afrika ölkələri Mozambik, Zimbabve və Malavidə ölənlərin sayı 700-ü keçib.
Tropik qasırğası nəticəsində Mozambikdə ölənlərin sayı 417-ni ötüb. Zimbabvedə 259, Malavidə isə 56 nəfər ölüb.
Martın 17-dən Mozambikin Beira şəhərindən başlayan qasırğa daha sonra qonşu Zimbabveyə keçib. Tropik qasırğa şiddətli külək, yağış və daşqınlarla müşayiət olunub./AZƏRTAC/