Reklam

Reklam

Latın Amerikasına mənsub daha bir ölkə Azərbaycanla həmrəylik nümayiş etdirib.

Yenicag.az xəbər verir ki, Paraqvayın Deputatlar Palatası 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımının pislənilməsi və 26-cı ildönümünün anılması münasibətilə həmrəyliyin ifadə edilməsi barədə bəyanat qəbul edib.

Bəyanatda qeyd olunub ki, Xocalı qətliamı Ermənistan və Azərbaycan arasındakı münaqişənin hərbi fazasının üç ili ərzində mülki əhalinin məruz qaldığı ən böyük hücum olub. Nəticədə, etnik xarakterli səbəblərə görə 63 uşaq, 106 qadın və 70 yaşlı insan olmaqla 613 azərbaycanlı qətlə yetirilib, 1275 sakin əsir düşüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil. Bundan başqa, 76-sı uşaq olmaqla, 487 nəfər Xocalı sakini şikəst olub, 26 uşaq hər iki valideynini və 130 uşaq isə valideynlərindən birini itirib. Bəyanatda bu faktın Azərbaycan Respublikasının müxtəlif qurumları və müstəqil mənbələr tərəfindən tam sənədləşdirildiyi qeyd olunub.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1739
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."