Cənubi Asiyada daşqınlar: Onlarla ölən var

Davam edən intensiv yağışlar Hindistan, Nepal və Banqladeşdə böyük daşqınlara səbəb olub.

Yenicag.az xəbər verir ki, Cənubi Asiyada kütləvi daşqınlara səbəb olan musson yağışlar nəticəsində insanlar çətin vəziyyətdə qalıb. Hazırda bir çox insan ərzaq və təchizat əldə etmək çətinlik çəkir. Böyük çaylar daşıb, küçələri su basıb.

Səlahiyyətlilərin verdiyi açıqlamaya görə, baş verən daşqınlar nəticəsində 40 nəfərin öldüyü bildirilir. İnsanlar arasında itkin düşənlərin olduğu və dəqiq məlumatın hələ müəyyən edilmədiyi deyilir.

İsmayıl Bakuvi

COP29