Cənubi azərbaycanlılardan İlham Əliyevə TƏŞƏKKÜR MƏKTUBU

Cənubi azərbaycanlılar prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.

Yenicag.az məktubu təqdim edir:

Əziz və Hörmətli Prezident Cənab İlham Əliyev

Təşəkkür Məktubu

Sizin də son zamanlarda vurğuladığınız kimi Azərbaycan Respublikası xaricində yaşayan Azərbaycanlıların çoxu Güney Azərbaycan Türklərindən təşkil tapmaqdadır. Arazın Güneyində yaşayan Azərbaycan Türkləri həmişə zorla ayrı düşdüyü Quzeydəki “özü”nü nəsildən-nəsilə röyalarında, mahnılarında qoruyub saxlamışdır. “Arazı ayırdılar, qum ilə doyurdular, mən səndən ayrılmazdım, zor ilə ayırdılar” bayatısı hər bir Azərbaycanlının beşikdən eşitdiyi laylayı olmuşdur. Bu “Ayrılıq” yarasının dərdi belə musiqi notaları ilə birləşib sərhədləri aşıb dünyaya çatmışdır. Daha sonra bağrımız, Vətənimizin vandal düşmən tərəfindən işğal olunması ilə qana batsa da, Zati-alinizin rəhbərliyində və Vətən şəhidlərimizin qəhrəmanlıqları ilə külündən doğan güclü və iqtidarlı Azərbaycanın ortaya qoyduğu böyük əzm və birliklə, 44 günlük Vətən muharibəsi sonunda bütün Azərbaycanlılara gələcəyin işıqlı olduğunu göstərmişdir. Bu gün İranda baş verən hadisələr və rejim və onun müxalifətinin ortaya qoyduğu anti Türk və anti Azərbaycan siyasətləri hamıya aydındır. Biz buna inanırıq ki, yaxın gələcəkdə baş verəcək olan dəyişikliklər nəticəsində Güney Azərbaycanda yaşayan xalqımız öz müqəddəratını özü ələ alacaqdır. Bu günlərdə Azərbaycanda ən çox eşitdiyimiz xalq mahnısı “Yar bizə qonaq gələcək” mahnısıdır. İnanırıq ki, bu həsrət tezliklə bitəcəkdir. Hörmətli Prezident, Bu doğrultuda Güney Azərbaycan Türkləri ilə bağlı tarixi bəyanatlarınız və dəstəkləriniz üçün öz təşəkkür və minnətdarlığımızı bildiririk.

Dr.Riza Heyət
Dr.Əlireza Əbdullahi
Elyar Türkər
Dr.Babək Şahid
Elman Nuri
İlqar Ulusoy
Mehdi Nəimi
İsa Doğan
İbrahim Rəməzani
Murtaza Muradpur
Saber Zəmani
Nima Əbbaspour
Hadi Qurbani
Səhər Abbaspour
Sara Əbbaspour
Dr.Əhməd Həbibi
Erkiş Həzrəti
Dr.Ramin Əbdullahzadə
Kurşad Yılmaz