Cənubi Koreyada hərbi vəziyyət elan edildi: İqtidar və müxalifət prezidentə qarşı

Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hərbi vəziyyət Şimali Koreyanın dövlətdaxili işlərə müdaxiləsinin qarşısını almaq və konstitusiya hüququnu bərpa etmək üçün tətbiq olunub.

Həmçinin bildirilib ki, respublikanın Müdafiə Nazirliyi əsas komandirlərin müşavirəsini keçirməyi tapşırıb və sayıqlığın artırılmasına çağırıb.

Cənubi Koreyanın hakim “Vətəndaş gücü” partiyasının lideri Han Don Huk ölkə Prezidentinin hərbi vəziyyət elan etməsini səhv adlandırıb.

Müxalifət prezidentin qərarını konstitusiyaya zidd adlandırıb. “Toburo” Demokratik Partiyası deputatları toplamaq qərarına gəlib.

COP29