Cənubi Koreyada koronavirusa yoluxanların SAYI

Cənubi Koreyada yeni növ koronavirusa sutka ərzində daha 147 nəfər yoluxub, 379 nəfər isə sağalıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 8799 nəfərə çatıb, onlardan 102 nəfəri ölüb, 2612 nəfər isə sağalıb.

Məlumata əsasən, ən çox yoluxma halları Tequ (6344) şəhərində və Kyonsan-Pukto (1243) əyalətində qeydə alınıb. Ölkənin paytaxtı Seulda 314 nəfər koronavirusa yoluxub.

Tequ şəhəri və Kyonsan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonası adlandırılıb.