Cənubi Koreyada koronavirusdan ölənlərin sayı 26-ya çatdı

Cənubi Koreyada yeni növ koronavirusa 4 212 nəfər yoluxub.

Yenicag.az xarici mətbuata istinadən istinadən xəbər verir ki, virusa yoluxan daha 4 nəfər ölüb və bununla da virus qurbanlarının sayı 26 nəfərə çatıb.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 89 077 nəfərdir. Bunların 45 146 nəfəri sağalıb, 3 053 nəfər isə ölüb.