!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir

!Reklam – Yazi

Cənubi Koreyada növbədənkənar prezident seçkilərinə start verilib.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərə görə, prezident postuna 13 nəfərin namizədliyi irəli sürülüb.

Rəy sorğularına əsasən, qələbəyə əsas namizəd Demokrat partiyasının təmsilçisi Mun Çje İndir. Onu respondentlərin 42,4%-i dəstəkləməyə hazırdır. Mərkəzçi “Xalq partiyası” An Çxol Su və mühafizəkar siyasi qüvvələrin namizədi Xon Çjun Pxönun reytinqləri 19%-ə yaxındır. Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.

Qeyd edək ki, martın 10-da Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezident Pak Kın Xenin impiçmentini təsdiqləyib. O rüşvətxorluqda, hakimiyyətdən sui-istifadədə və məxfi məlumatları rəfiqəsi Tsoy Sun Silə ötürməkdə ittiham olunur. Tsoy Sun Sil prezidentlə yaxınlığından istifadə edərək Cənubi Koreya korporasiyalarından iri məbləğdə pul vəsaitləri tələb etməkdə şübhəli bilinir.

Yeniçağ.Az

www.yenicag.az

702
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv