Cənubi Koreyada ölümcül virusa yoluxanların sayı 1600-ə çatır

Cənubi Koreyada daha 334 nəfər yeni növ koronavirusuna yoluxub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yeni yoluxma hallarından 307-si Tequ şəhərində qeydə alınıb.

Bu ölkədə Koronavirusa yoluxanların ümumi sayı 1595 nəfərə çatıb.

Qeyd edək ki, yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 78,4 mini ötüb, onlardan 2744 nəfəri ölüb, 29,7 min nəfər isə sağalıb.