Cənubi Koreyada virusa yoluxanların sayı AÇIQLANDI

Cənubi Koreyada yeni növ COVID-19 koronavirusuna daha 123 nəfər yoluxub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 556 nəfərə çatıb.

Qeyd edək ki, Çində yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 76 936, ölənlərin sayı isə 2442 nəfərdir.