Cənubi Koreyadan Azərbaycana səfər edən turistlərin sayı artıb.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana səfər edən cənubi koreyalı turistlərin sayı 8830 nəfər təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətdə 20.3% artım deməkdir.