Cənubi koreyalıların 90 faizi it əti yemək istəmir

Cənubi Koreyada it ətinin yeyilib-yeyilməməsi ilə bağlı sorğu keçirilib.

Yenicag.az “The Straits Times”a istinadən xəbər verir ki, “Aware” heyvan haqları qrupu tərəfindən təşkil olunan sorğu 2 min nəfər arasında aparılıb.

Sorğuya görə, hər 10 nəfərdən 9-u it əti yemək istəmədiyini ifadə edib.

Respondentlərin 93,4 faizi gələcəkdə it əti yemək kimi niyyətlərinin olmadığını bildirib.

Sorğuya görə, insanlar it ətinin yeyilməsinə qadağa qoyulmasına müsbət yanaşırlar.

Qeyd edək ki, Cənubi Koreyada it ətinin yeyilməsinin qadağan olunması ilə bağlı qanun layihəsi hazırlanır.

COP29