Cənubi Koreyanın ilk fəxri xilasetmə iti – Qadının həyatını qurtardı / FOTO

Cənubi Koreyada 90 yaşlı sahibəsinin həyatını xilas edən köpəyə ölkənin fəxri xilasetmə iti adı verilib.

Yenicag.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Honqseonq əyalət rəhbərliyi məlumat yayıb.

Qeyd edilib ki, avqustun 25-dən itkin düşən 90 yaşlı qadının tapılmasında it xilasedicilərə yardım edib.

Qadının həyatı qurtarıldıqdan sonra Baekqu adlı köpəyə Cənubi Koreyanın fəxri xilasetmə iti titulu verilib.