!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Koreyaya vaxt qoyuldu

!Reklam – Yazi

96798Cənubi Koreya və Şimali Koreya danışıqlara başlayıb.

Yenicag.az xəbər verir ki, Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası (KXDR) yaranmış böhranın nizama salınması üçün “iki üstəgəl iki” formatında təcili görüşün keçirilməsi haqqında razılığa gəliblər.

Görüş sərhəd Pxanmundjomedə keçirilib. Görüşdə hər iki tərəfdən yüksək vəzifəli məmurlar iştirak edib.

Şimali Koreyanın Pxenyan ərazisindən Cənubi Koreyanın Seul ərazisinə qarşı ultimatumunda tələb olunur ki, sərhəddə qurulmuş səsgücləndiriciləri söksünlər və təbliğatçı yayımı dayandırsınlar.
Bu gün səhər Cənubi Koreya hakimiyyətinə Koreya Xalq Demokratik Respublikası sərhəd rayonlarından 15 min yerli sakinin təxliyəsi haqqında əmr verib.Müdafiə nazirliyinin məlumatına əsasən təxliyyə yerli vaxtla saat 17:00-ə qədər başa çatmalıdır.

Cənubi Koreya prezident administrasiyasının mətbuat katibinin məlumatına görə, “Mavi ev sakitliklə vəziyyəti izləyir və KXDR-in yeni təxribatına güclü cavab verməyə hazırdır”.

Amerika generalı Martin Dempsi cənubi koreyalı həmkarları ilə telefon danışığı zamanı onları dəstəkləməyə hazır olduqlarını bəyan edib. Hazırda Cənubi Koreyada 28 500 Amerika hərbçisi mövcuddur.

www.yenicag.az

633
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv