!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Qafqaz boru kəmərinin gündəlik ötürücülük gücü artdı

!Reklam – Yazi

2022-ci ilin üç rübü ərzində Cənubi Qafqaz boru kəmərinin ixrac üçün gündəlik orta ötürücülük gücü 56,1 milyon kubmetr olub.

Yenicag.az xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 46,8 milyon kubmetr təşkil etmişdi. Beləliklə, Cənubi Qafqaz boru kəmərinin gündəlik orta ötürücülük gücü 19,8 faiz artıb.

Hesabat dövründə Cənubi Qafqaz boru kəmərinin əməliyyat xərcləri təqribən 49 milyon dollar, əsaslı xərclər isə təqribən 4 milyon dollar olub.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəmərinin 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb./Trend/

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv