Cənubi Qafqaz kəməri ilə nəql edilən qazın həcmi açıqlandı

2022-ci ilin yanvar-sentyabr aylarında Cənubi Qafqaz qaz xətti ilə (Bakı-Tbilisi-Ərzurum) 15,203 milyard kubmetr qaz nəql olunub.

Yenicag.az bu barədə bazar ertəsi Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 19,6 faiz artıb.

Hesabat dövründə magistral qaz kəmərləri ilə nəql edilən təbii qazın 53,3 faizi Cənubi Qafqaz qaz xəttinin payına düşüb.

Ümumilikdə, 2022-ci ilin yanvar-sentyabr aylarında magistral qaz kəmərləri ilə 28,506 milyard kubmetr qaz nəql edilib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çox olub.