!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Qafqaz uğrunda gedən mübarizə: “Ermənistan ordusundakı islahatlar toqquşma riskini yüksəldir”

!Reklam – Yazi

“Ermənistan ordusunda hazırda islahatlar aparılması gələcəkdə hansısa toqquşmanın olmasına gətirib çıxara bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycanın hərbi gücünün artırılması və bunun səbəblərini şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Rövşən Məhərrəmov bildirib ki, Cənubi Qafqaz uğrunda gedən mübarizə Azərbaycanın hərbi gücünü artırmağa məcbur edir.

“Son günlər Cənubi Qafqazda vəziyyət doğrudan da gərgindir. Prezident də parlamentdəki çıxışında bildirdi ki, hərbi büdcə azaldılmayacaq, hərbi sənaye güclənəcək. Bu, ondan xəbər verir ki, Ermənistan silahlanır. ABŞ-dən hərbi qulluqçular Ermənistana gəlib və kiçik zabit heyəti ilə görüşlər keçiriblər. Fikir mübadiləsi aparıblar. Tez-tez ABŞ-nin və digər dövlətlərin Ermənistana səfər etməsi, Ermənistan ordusunda hazırda islahatlar aparılması gələcəkdə hansısa toqquşmanın olmasına gətirib çıxara bilər”, – deyə o əlavə edib.

Ekspert vurğulayıb ki, Prezident İlham Əliyev bunu da xalqdan gizlətmədən parlamentdə bildirdi.

“Bundan əlavə, qeyd edildi ki, daha çox silahlar əldə ediləcək və heç kim Azərbaycan torpaqlarını işğal edə bilməz. Ona görə də, prezident dedi ki, hərbi güc artırılır, xüsusi təyinatlıların, komando briqadalarının sayı artırılır. Bu, ondan xəbər verir ki, prezident təhlükələri görür. Hətta açıq şəkildə ifadə olundu ki, Ermənistandan təhdid görsək, cəzalandıracağıq”, – deyə ekspert bildirib.

Səxavət Məmməd

COP29

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv