!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Qafqazda strateji yer: “Bu gün Qərbin əsas hədəfi…” - ŞƏRH

!Reklam – Yazi

“Rusiya və müxtəlif güclər illərdir Ermənistandan Türk dünyasına və digər dövlətlərə qarşı istifadə edir”.

Bunu Cənubi Qafqaz regionunda Azərbaycanın əhəmiyyətindən danışan politoloq Vüqar Əhmədov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Azərbaycanın məhz Rusiya ilə İran arasında yerləşən bir ölkə olduğuna görə Qərb üçün hər zaman strateji əhəmiyyət kəsb etməsi reallıqdır:

“Digər ölkələrdən fərqli olaraq Azərbaycan Qərbin dəstəyi hesabına deyil, məhz öz uzaqgörən və müdrik siyasətinə görə bu regionda sabitliyini qoruyub saxlaya bilib. Hətta İranda baş verən gərgin proseslərə rəğmən Rusiya da, İran da məhz buna görə Azərbaycana hörmət edir və hesablaşır. Mürəkkəb regionda yerləşməsinə baxmayaraq Azərbaycandakı sabitlik bu gün bir çox regional güclərin marağı çərçivəsindədir.

Ermənistanda Sorosçu hakimiyyətin qərbin tapşırıqlarını yerinə yetirdiyi hər kəsə məlumdur. Ermənistan bölgədə digər tarixi ölkələrə qarşı istifadə olunmaq üçün yaradılan forpost subyekt və layihədir. Rusiya və müxtəlif güclər illərdir Ermənistandan Türk dünyasına və digər dövlətlərə qarşı istifadə edir.

Qərbin Ermənistandan, Paşinyan hakimiyyətindən Rusiyaya və İrana qarşı istifadə etdiyi istisna edilməz faktdır. Bu gün Qərbin əsas hədəfinin isə Cənubi Qafqazda Rusiya və İranın təsir imkanının əlindən alınması heç kimə sirr deyil”.

Nəsimi Ələsgərli

www.yenicag.az

358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv