!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Qafqazla bağlı YENİ ERA: “Zəngəzur dəhlizinin açılması üçün...”

!Reklam – Yazi

“ABŞ Azərbaycana xüsusi əhəmiyyət verir. Xarici siyasətimizi elə qurmalıyıq ki, son vaxtlar ABŞ və Azərbaycan arasında olan gərginlik aradan qalxsın. Eyni zamanda Azərbaycanın qərb bölgələrindən Naxçıvana aparan Zəngəzur dəhlizi reallaşsın”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ-nin yeni prezidenti seçilən Donald Trampın Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətdə atacağı mümkün addımlardan danışan politoloq Qafar Çaxmaqlı deyib.

Onun sözlərinə görə, ermənilər Trampın seçilməməsi üçün nə qədər çalışsalar da bacara bilmədilər:

“Düşünürdülər ki, Kamala Harris seçilərsə, Ermənistanın mövqeyini daha çox müdafiə edən prezidentə malik olacaqlar. Düzdür, Harris fonunda demokratlar ermənilərin mövqeyini daha çox müdafiə edir. Hətta Harris ermənilərə müraciət edərək onların təhlükəsizlik qarantiyası altında Qarabağa geri dönüşü məsələsinə baxılacağını bildirib. Lakin Trampın da xristianların müdafiəsi amili çərçivəsində ermənilərə müraciəti vardı. Onlar arasındakı fərq Trampın müharibə yox, sülh tərəfdarı olmasıdır”.

Q. Çaxmaqlıya görə, ümumi yanaşdıqda yeni Vaşinqton administrasiyasının dünyada olan münaqişələrə son verilməsi istiqamətdə addımlar atacağı şübhəsizdir:

“Bu proses fonunda Rusiya-Ukrayna müharibəsinin taleyi də öz həllini tapacaq. Lakin bu, heç də ermənilərin maraqlarına uyğun deyil. Çünki Ermənistan siyasi kursunu Qərbə yönəldib. Bu, heç də Kremlin maraqları ilə üst-üstə düşmür. Yəni Rusiyanın Ukrayna məsələsini bitirib Cənubi Qafqaza, xüsusilə Ermənistana fokuslanması onun yeni siyasətini iflasa uğradacaq. Trampı dəstəkləməmələrinin əsas səbəbi də budur”.

“Trampın seçilməsinin bizə faydalı olacağını söyləmək olmaz, ancaq sərf edir. Çünki Azərbaycan Cənubi Qafqazda gələcəyi olan dövlətdir və türk birliyinin üzvü kimi söz sahibinə çevrilə bilər. Həmçinin ölkəmiz enerji məsələsində də öz üstünlüyünü qoruyub saxlayır. Bu mənada ABŞ Azərbaycana xüsusi əhəmiyyət verir. Xarici siyasətimizi elə qurmalıyıq ki, son vaxtlar ABŞ və Azərbaycan arasında olan gərginlik aradan qalxsın. Eyni zamanda, Azərbaycanın qərb bölgələrindən Naxçıvana aparan Zəngəzur dəhlizi reallaşsın”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

272
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv