Beyləqan rayonunda yerləşən “Cərcis Peyğəmbər” ziyarətgahında Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə şəhid ailələri üçün ehsan süfrəsi təşkil olunub.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazısı Mirsəccad Ağa bildirib ki, ehsan süfrəsində Salyan, İmişli, Xocavənd və Beyləqan rayonundan olan bir qrup şəhid ailələri iştirak edib.
Mərasim Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ruhlarına dualar oxunub.
Daha sonra məclisdə iştirak edənlər şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini önə çəkərək və bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.