Çerniqovda neft anbarı yanır – FOTO/VİDEO

Çerniqov şəhərində neft anbarına mərmi düşüb. Nəticədə ümumi tutumu 3000 kubmetr olan yanacaq çənində yanğın başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidmətindən xəbər verilib.

Həlak olanlar və xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.