Cerrard baş məşqçi oldu – 4 illik müqavilə

Şotlandiyanın “Qlazqo Reyncers” klubunun yeni baş məşqçisi bəlli olub.

Yenicag.az xəbər verir ki, sözügedən klub İngiltərə futbolunun canlı əfsanəsi Stiven Cerrarda tapşırılıb.

Tərəflər arasında 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, klub rəhbərliyi son turda “Seltik”ə 0:5 hesablı məğlubiyyətdən sonra baş məşqçi Qrem Merti ilə yollarını ayırıb.