İraqda cəsəd yumaqla məşğul olan şəxs saxlanılıb.
Yenicag.az xəbər verir ki, buna səbəb həmin şəxsin yuduğu meitlərdən biri ilə selfi çəkdirərək sosial media hesablarında paylaşması olub.
Hadisə İraqın Şərqində yrləşən Nəcəf bölgəsində baş verib. Məzarçının belə bir paylaşım etməsi İraq cəmiyyətində narazılıqla qarşılanıb.
Nəcəfli bir vəkil ölü bir cəsədə hörmətsizlik etməsi səbəbiylə məzarçını məhkəməyə verib. Nəticədə onun işinə xitam verilib.
Bunun qarşılığında açıqlama verən məzarçı şəkilin bir il əvvəl çəkildiyini, şəkildəki şəxsin ölmədiyini, hələ də yaadığını və yaxın dostu olduğunu idia edib.