Çətin mövzular qəbul imtahanı proqramından çıxarıldı – DİM

2021-2022-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramından müəyyən mövzular çıxarılıb.

Yenicag.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.

X.Xanlarzadə qeyd edib ki, çətin hesab edilən və mənimsəmə səviyyəsi aşağı ola bilən mövzular qəbul imtahanı proqramına daxil edilməyib.

O, artıq “Abituriyent” jurnalının 1 saylı buraxılışında qəbul imtahanı proqramının verildiyini də söyləyib:

“Onlayn tədrislə əlaqədar müəyyən mövzuların mənimsəmə səviyyəsi daha aşağı ola bilər. Elə mövzular var ki, onlar çətin hesab olunur. Həmin mövzular qəbul imtahanı proqramından çıxarılıb”.