!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Çətin olacaq" - Qurban Qurbanov

!Reklam – Yazi

Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” sabah qrup mərhələsinin növbəti matçında “Vorskla”nın qonağı olacaq.

Yenicag.az xəbər verir ki, Ukraynada baş tutacaq qarşılaşmadan öncə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov fikirlərini açıqlayıb:

“Sabah bizi çətin və vacib oyun gözləyir. Dördüncü oyunda yaxşı nəticəni yaxşı oyunla əldə etmək istərdik. Bu, çətin olacaq. “Vorskla” öz meydanında aqressiv çıxış edir. Ötən müddətdə futbolçuları matça hazırlamışıq. Sabah futbolçularımızın yaxşı mübarizə aparacaqlarını və diqqətli olacaqlarını gözləyirik. Ola bilər ki, matçın gedişində dəyişikliklər olsun. Buna hazır olmalıyıq.  Yalnız Ansi Aqolli meydanda olmayacaq. Maksim Medvedev və Donald Gerrye tam hazır olmasalar da, oynamaq ehtimalı var”.

www.yenicag.az

2047
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv