“Çətin və dramatik zamanda yaşayırıq” – Medvedev

“Vətəni qoruyan övladlarımıza dəstək olmalıyıq”.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məktəblilərlə görüşündə deyib.

O, çətin və dramatik bir zamanda yaşadıqlarını vurğulayaraq əlavə edib:

“Biz, əlbəttə, bu vəziyyətdən çıxacağıq. Şübhəsiz, qələbə bizim olacaq”.