Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Çətinliklərlə ÇARPIŞAN Firuzə İbadova: “Dözə bilmədim…”

“Heç vaxt fəxri ad üçün üsyan etməmişəm, heç etmərəm də. Sadəcə olaraq demişəm ki, məktublarım niyə gedib lazımi yerlərə çatmır. Bu üsyan içimdə ona görə qopdu”.

Bunu Yenicag.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova deyib.

Yaşadığı çətinliklərlə bağlı açıqlaması ilə gündəmi bir-birinə vuran F. İbadova onu illər sonra bu barədə danışmağa məcbur edən səbəblərə toxunub:

“Bilmirəm, düz etmişəm, ya yox, illər boyu həmişə susmuşam, abrımı gözləmişəm, Amma dözə bilmədim, püskürdüm. Özümə yazığım gəldi, sənətim dedi ki, məni müdafiə et, Firuzə. Axı Şövkət xanımın da ruhu narahatdır. Dünən doğum günündə Fəxri Xiyabana getdim, onun məzarı başında doyunca ağladım, dərdləşdim, ürəyimi boşaltdım. Eləcə də Rəşid Behbudovun məzarı başında söhbət etdim. Dedim, görürsünüzmü ki, gözümün yaşı necə axır, siz yoxsunuz, ona görə belə haqsızlıqlar yaşanır. Əvvəllər çox əziyyətlər bahasına sənətə gəlirdilər, indi sənətə gəlmək çox rahatdır. Hər birinə də uğurlar arzulayıram. Amma öndəkiləri geridə qoymasınlar, onları da yada salsınlar. Təranə Vəlizadə, Kəmalə Rəhimli, Ruhəngiz Allahverdiyeva, Səbinə İlyasova kimi sənətkarlarımız var, onların da ehtiyacı var, zəhmətləri dəyərləndirilməlidir. Şöhrət ordeninə layiq olası sənətkarımız Ceyran Haşımova Azərbaycan üçün solmaz lalələr yetişdirib, onlardan biri də mənəm”.

Müğənni ona dəstək olan Əməkdar artist Aybəniz Haşımovaya da minnətdarlıq edib:

“Aybənizin yazısı məni duyğulandırdı. O hələ balaca idi, uşaqlıqdan mənim sənət yollarında hansı əziyyətlər çəkdiyimin şahidi olub. Çox təsirləndim, dəstəyinə görə ona minnətdaram”.

Cəvahir

www.yenicag.az

409
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100