Çevriliş mətnini oxuyan TRT aparıcısının həbs olunma xəbəri YALAN çıxdı

tijen6Ankara Dövlət Prokurorluğunda aparılan araşdırmalardan sonra Türkiyədə 15 iyul “FETÖ” terror təşkilatının törətdiyi cinayət işi ilə bağlı TRT televiziya kanalının 42 əməkdaşı tutulub.

Saxlanılanlar arasında dövlət çevrilişi cəhdinə dair mətni efirdə səsləndirən TRT-nin tanınmış xəbər aparıcısı Tijen Karaşın olduğu da bildirilirdi.

TRT-dən verilən açıqlamada isə xəbərin həqiqəti əks etdirmədiyi bildirilib. Ayrıca, Tijen Karaş sosial şəbəkədə paylaşdığı rəsmdə “TRT-də reportajdayam” açıqlamasını verib.

TRT əməkdaşının vəzifəsinin başında olduğunu bildirib.

tijen