!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Çevrilişə cəhddən sonra FETÖ-yə qarşı ən böyük mübarizə Azərbaycanda başladı” - Mübariz Mənsimov

!Reklam – Yazi

“Azərbaycan FETÖ üçün dünyaya açılan bir qapı rolunu oynayırdı və İlham Əliyev çevrilişə cəhddən sonra onlara ağır zərbə vurdu”.

Yenicag.az xəbər verir ki, bunu “Palmali” holdinqin prezidenti Mübariz Mənsimov Türkiyədə 15 iyul 2016-cı ildə baş vermiş çevriliş cəhdindən sonra FETÖ-yə qarşı aparılan mübarizə barədə türk mətbuatına müsahibəsində deyib. O, çevriliş cəhdindən sonra FETÖ terror təşkilatının ən möhkəmləndiyi ölkələrdən biri olan Azərbaycanda qətiyyətli mübarizənin başladığını vurğulayıb. İş adamı iki il içində təşkilatın Azərbaycandakı şəbəkəsinə böyük zərbə vurulduğunu bildirib.

DHA müxbirinin suallarını cavablandıran Mənsimov qeyd edib ki, çevriliş cəhdinin başladığı ilk dəqiqələrdən etibarən Azərbaycan xalqının ürəyi türk milləti ilə birgə döyünürdü:

“Çevriliş cəhdinin ertəsi gün bu təşkilatla mübarizə məhz Azərbaycanda başladı”.

Mənsimov Azərbaycanın Türkiyədə baş verən hadisələrdən dərhal sonra FETÖ-yə qarşı tədbirlər gördüyünü xatırladıb.

Sonda isə Mənsimov bildirib ki, bir neçə gündür Azərbaycanda xalqı hökümətə qarşı qızışdırmaq istəyən xarici güclər çirkin planlarını işə salıblar:

“Azərbaycanda Gəncənin icra başçısına qarşı silahlı hücum təşkil etdilər. Daha sonra isə xaricdən dəstək alan bir qrup qanunsuz mitinq keçirmək istəyərək iki polisi şəhid etdilər. Azərbaycan-Türkiyə əlaqələrinin bu qədər yüksək səviyyədə olmasını qəbul edə bilməyən və Azərbaycanın güclənməsini istəməyən bu güclər hədəflərinə nail ola bilmədilər. Azərbaycan xalqı bu çirkin oyunun oyunçusuna çevrilmədi və onlara lazımi cavab verildi. İnanırıq ki, bundan sonra da xalq bu təxribatlara izn verməyəcək. Biz də sonuna qədər Prezident İlham Əliyev və xalqımızın tərəfindəyik”.

www.yenicag.az

2220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv