Çex futbolçudan istehza: “Neftçi ilə maraqlananda gördüm ki…”

15878764_1192645420823535_1744139823_n-1“Neftçi”nin transfer etmək istədiyi çexiyalı yarımmüdafiəçi Lukaş Droppa ölkəsinin mətbuatına açıqlama verib.

Yeniçağ.az xəbər verir ki, Rusiyanın “Tom” klubundan ayrılandan sonra sərbəst qalan 27 yaşlı futbolçu “Neftçi”dən təklif aldığını bildirib. Amma o, “ağ-qaralar”ın yox, Azərbaycan çempionu “Qarabağ”ın şərəfini qorumaq istədiyini deyib:

“Bəli, dekabrda “Neftçi”dən təklif almışdım. Biz hətta müqavilə bağlamağa da yaxın idik. Amma sonradan internetdə bu klubla maraqlandım, gördüm ki, turnir cədvəlinin son pillələrində qərarlaşıblar. Elə buna görə də təklifdən imtina etdim.

Düzdür, “Neftçi” böyük ənənəsi olan klubdur. Ancaq bu komanda indi yaxşı günlərini yaşamır. Mən niyə Azərbaycanın autsayder komandasına keçməliyəm? Azərbaycanın “Qarabağ” klubundan təklif alsam, orada məmnuniyyətlə oynayaram”.

 

Yenicag.az