Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Çexiyaya 224 milyon ABŞ dolları dəyərində 410,2 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 141,6 milyon ABŞ dolları və ya 2,7 dəfə, həcm ifadəsində isə 268,9 min ton və ya 2,9 dəfə çoxdur.
Dövr ərzində Çexiya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandan ümumilikdə 2,7 milyard ABŞ dolları dəyərində 4,8 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə dəyər baxımından 153,2 milyon ABŞ dolları və ya 5,4%, həcm ifadəsində isə 182,9 min ton və ya 4% çoxdur.