Çexiya Azərbaycanla görüşə 19 futbolçu çağırdı

futv

Çexiya milli komandasının heyəti açıqlanıb.

Yenicag.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki rəqibi oktyabrda keçiriləcək 2 matça dəvət alan futbolçuların siyahısını müəyyənləşdirib.

Yığmanın baş məşqçisi Karel Yarolim heyəti bu gün keçirilən mətbuat konfransında açıqlayıb. O sentyabrın 8-də Almaniya, 11-də Azərbaycanla seçmə oyunlarına 19 futbolçu çağırıb. Mütəxəssis sonradan bu heyətə əlavələrin mümkünlüyünü də istisna etməyib.

Qapıçılar: Tomaş Vaçlik (“Bazel”, İsveçrə), Tomaş Kubek (“Slovan”), Yaroslav Drobnı (“Verder”, Almaniya);

Müdafiəçilər: Tomaş Sivok (“Bursaspor”, Türkiyə), Teodor Gebre Selasse (“Verder”, Almaniya), Marek Suşi (“Bazel”, İsveçrə), Pavel Kaderabek (“Hoffenhaym”, Almaniya), Filip Novak (“Midtyulland”, Danimarka);

Yarımmüdafiəçilər: Borek Dokal, Martin Fridek (hər ikisi “Sparta”), Ladislav Kreyçi (“Bolonya”, İtaliya), Yiri Skalak (“Brayton”, İngiltərə), David Pavelka (“Kasımpaşa”, Türkiyə), Tomaş Horava, Milan Petrjela (hər ikisi”Viktoriya”), Yan Sikora (“Slovan”);

Hücumçular: Matey Vidra (“Derbi”, İngiltərə), Patrik Şik (“Sampdoriya”, İtaliya), Vatslav Kadlets (“Sparta”).

Karel Yarolim həmçinin B siyahısını da açıqlayıb. O ehtiyat heyət kimi 15 futbolçunun adını vurğulayıb. Almaniya və Azərbaycanla oyunlar öncəsi məhz B siyahısından bir neçə oyunçunun əsas yığmaya qoşulması gözlənilir.

B siyahısında aşağıdakı futbolçular yer alır:
Qapıçı: Yiri Pavlenka (“Slaviya”)
Müdafiəçilər: Yakub Brabeç, Mixal Kadleç (hər ikisi “Sparta”), Vladimir Kufal, Lukaş Pokornı (hər ikisi “Slovan”), Tomaş Hayek, Yakub Yuqaş (hər ikisi “Fastav”), Lukaş Heyda (“Viktoriya”), Daniel Pudil (“Şeffild Venzdi”, İngiltərə)
Yarımmüdafiəçilər: Yan Kopiç, Martin Zeman (hər ikisi “Viktoriya”), Petr Mareş (“Mlada”)
Hücumçular: Yan Kramosta (“Mlada”), Milan Şkoda (“Slaviya”), Tomaş Netsid (“Bursaspor”, Türkiyə).