Çexiya BMT iclasına yox dedi: daha 30 üzv ölkə Çexiyanı dəstəklədi

Çexiya Mərakeşdə keçirilən BMT konffransına qatılmayıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu gün baş tutan konfransda 164 ölkə BMT-nin miqrasiya üzrə Qlobal Sazişinin lehinə səs verib.

BMT-nin digər 30 üzv dövləti isə, bu məsələdə Çexiya ilə həmrəylik nümayiş etdirib.

Qeyd edək ki, rəsmi Praqa bir ay bundan əvvəl BMT-nin miqrasiya üzrə Qlobal Sazişini dəstəkləməkdən imtina edib.

“Bu sənəddə leqal və qeyri-leqal miqrasiyanı fərqləndirəcək heç bir dənə də olsa maddı yoxdur” – deyə Çexiya rəsmi dairələri məsələyə münasibət bildirib.

 

COP29