Çexiya xarici işlər naziri Yan Lipavski Türkiyəyə səfər edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyunun 25-də baş tutacaq səfər çərçivəsində Çexiya XİN rəhbəri türkiyəli həmkarı ilə görüşəcək.
Görüşdə iki ölkə arasında münasibətlər, Türkiyə – Aİ münasibətləri, beynəlxalq və regional vəziyyət müzakirə olunacaq.