Çexiyada yeni növ koronavirusa yoluxanların sayı artıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Ölkədə COVİD-19-a daha 184 nəfərdə yoluxub. Beləliklə, daşıyıcıların sayı 3 001-ə çatıb. Virusdan ölənlərin ümumi sayı 23, sağalanların sayı isə 25 nəfərdir.
Qeyd edək ki, Çexiya Mərkəzi Avropada koronavirusun ən çox yayıldığı ölkədir.