Çexiyanın paytaxtı Praqada Qran Kanariyadan Varşavaya uçan “Boeing 737” təyyarəsi partlayış təhlükəsi ilə əlaqədar təcili eniş edib.
Yeniçağ.Az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, təyyarədə partlayış törətmək istəyən şəxs zərərsizləşdirilib.
Məlumata görə, təyyarənin göyərtəsində olan 160 sərnişin təxliyə edilib.
Hazırda təyyarə yoxlanılır. Polis faktla bağlı araşdırma aparır.
Yeniçağ.Az