Çexiyada təyyarə qəzası baş verib.
Yenicag.az xəbər verir ki, hadisə ölkənin şimalında, Tepliça şəhəri yaxınlığında qeydə alınıb.
Yüngülmühərrikli idman təyyarəsinin yerə çırpılaraq yanması nəticəsində 1 nəfər ölüb. Şahidlərin sözlərinə görə, enmədən əvvəl manevr edən təyyarəçi küləyin əks təsirini düzgün hesablaya bilməyib.
Hadisənin səbəbini aviasiya ekspertlərindən və polis təhqiqatçılarından ibarət komissiya araşdırır.