Çexiyada universitetdə atışma: Onlarla ölü və yaralı var – YENİLƏNDİ / FOTO

Praqadakı Karl Universitetinin fəlsəfə fakültəsində baş verən atışmanı paytaxtdan təxminən 20 km qərbdə yerləşən Kladno şəhərindən olan 24 yaşlı tələbə David K. həyata keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə Çexiya polisi məlumat yayıb.

Müəyyən edilib ki, David K. bir neçə növ odlu silahın sahibi olub və fakültədə terror aktına öncədən hazırlaşıb. O, silahlara qanuni yolla sahib olub. Bundan əlavə, polis onun qırğından bir neçə saat əvvəl atasını öldürməsindən şübhələnir. David K. onu zərərsizləşdirmək üçün polis əməliyyatına başladıqdan sonra intihar edib.

Xatırladaq ki, Karl Universitetindəki atışma azı 15 nəfərin ölümünə səbəb olub. Hadisə nəticəsində yaralananların sayı isə artıq 30 nəfərə çatıb./Oxu.az/

***20:12

Çexiyanın paytaxtı Praqada yerləşmə Karlov Universitetində atışma baş verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə ölkənin daxili işlər naziri Vit Rakusan gəlib.

İlkin məlumata görə, atışmada 10 nəfər ölüb, onlarla yaralı var.

COP29