Çexiyada universitetdə atışmada ölənlər arasında azərbaycanlı var? – AÇIQLAMA

“Çexiyada universitetdə atışma zamanı ölənlər və zərərçəkənlər arasında azərbaycanlı yoxdur”.

Yenicag.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Xatırladaq ki, Çexiyanın Karlov Universitetindəki atışmada 15 nəfər ölüb, 30-a yaxın yaralı var.