Ceyhun Bayramlı “Təhrif edilmiş Babək”i təqdim etdi

“Təhrif edilmiş tarix: Babək və Hürrəmilər olduğu kimi” kitabı oxucuların ixtiyarına verildi

 Bu gün “Kitab Evim” mağazasında tanınmış araşdırmaşı yazar Ceyhun Bayramlının yeni kitabının təqdimatı keçirilib. “OĞUZ” Müstəqil Araşdırmaçılar Qrupunun təsis edilməsinin onuncu ildönümündə daha bir kitabla oxucularının görüşünə gələn Ceyhun Bayramlı bu dəfə Hürrəmilər və Babək mövzusuna toxunub.

“TƏHRİF EDİLMİŞ TARİX: BABƏK VƏ HÜRRƏMİLƏR OLDUĞU KİMİ” adlanan kitabın təqdimat mərasiminə yazarın dostları və oxucuları qatılıblar.

***

“Xürrəmilər dövründə erməni haylar indiki Ermənistan ərazisində cəm olmağa çalışıblar. Özlərinin Qriqoryan kilsəsi vasitəsi ilə İsəvi albanlara qarşı məkrli oyunlar oynayıblar. Silahlı qruplar halında fəaliyyət göstərməyə çalışıblar. Babək Xürrəmi 826-827-ci illərdən başlayaraq 3-4 il müddətində onları bu bölgədən tamamilə sıxışdırıb çıxartmış və qoşunlarını məğlub etmişdir”.

Bunları tarixçi Ceyhun Bayramlı müəllifi olduğu “Təhrif edilmiş tarix: Babək və Hürrəmilər olduğu kimi” kitabının təqdimat mərasimində öz əsəri haqqında danışarkən deyib. Təqdimatda çıxış edən müəllif kitabda Babək və Xürrəmilər hərəkatına fərqli yanaşdığını, Babəki üsyançı deyil, dövlət başçısı kimi təqdim etdiyini, ümumilikdə həmin dövrə Sovet tarixçiliyindən fərqli yanaşdığını bildirib.

“Dünənə qədər üsyançı kimi xatırladılan Babək bu əsərdə müstəqil Hürrəmilər dövlətin başçısı kimi qeyd olunur. Və bunu isbatlayan mənbə məlumatları var”.

Kitabda həmçinin Babəkin dini baxışı da fərqli təqdim edilir.

“Babək mütləq bugünkü cəmiyyətdə görünən ya Vəhhabi, ya əhli Sünnə, ya əhli Şiə ampulasında olan müsəlman olmuşdur. Xeyr! Babəkə müsəlman demək həqiqətdir, ona əmmamə geyindirmək mümkün deyil”.

Təqdimatda çıxış edənlər kitabın Azərbaycan tarixinin az araşdırılmış bir dövrü əhatə etdiyini, fərqli və obyektiv yanaşıldığını qeyd ediblər.

Araşdırmaçı yazar Ceyhun Bayramlı Azərbaycanda ilk millətçi-ideoloji saytın müəllifidir.

 

 

COP29